Qazaxıstanın "Samruk-Kazına" SC-nin İdarə Heyətinin qərarı ilə Yersayın Naqaspayev "Qazaxıstan Dəmir Yolları" Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Y.Naqaspayev Y.Buketov adına Karaqanda Dövlət Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib.
2021–2025-ci illərdə "Qazaxıstan Dəmir Yolları" SC-də idarəedici direktor vəzifəsində çalışıb.
11:13
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin sənaye və tikinti naziri Yersayın Naqaspayevi vəzifəsindən azad edib.
"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
"Dövlət başçısının fərmanı ilə Yersayın Naqaspayev Qazaxıstanın sənaye və tikinti naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, 46 yaşlı Y.Naqaspayev 2025-ci ilin fevralından həmin vəzifəni tuturdu.
Mənbə: report.az