IMG-LOGO

Cəlilabadda yük avtomobili 70 yaşlı kişini vuraraq öldürüb

24 Nov 2026 09:32 3 baxış
IMG

Cəlilabadda yük avtomobili 70 yaşlı kişini vuraraq öldürüb.

"Report" xəbər verir ki, noyabrın 21-də Kərimov Pərviz Saleh oğlu idarə etdiyi "Ford Transit Tourneo" yük markalı avtomobil ilə hərəkətdə olduğu zaman piyada, 1956-cı il təvəllüdlü Əmənov Nadir Xanhüseyn oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: report.az

Xəbər lenti