IMG-LOGO

Səfir: "Azərbaycan biznesi İndoneziya vasitəsilə ASEAN bazarlarına çıxa bilər"

24 Nov 2026 10:56 4 baxış
IMG

İndoneziya ilə iqtisadi əməkdaşlıq Azərbaycan biznesinin Cənub-Şərqi Asiya ölkələrinin bazarına çıxışını təmin edə bilər.

"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən biznes forumda bildirib.

Diplomatın sözlərinə görə, İndoneziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) ən böyük iqtisadiyyatıdır və onunla tərəfdaşlıq Azərbaycan şirkətlərinə qonşu ölkələrin bazarlarına çıxmağa və regional təchizat zəncirlərinə inteqrasiya olunmağa imkan verəcək.

Səfir, həmçinin İndoneziyanın Malakka boğazı yaxınlığında, əsas qlobal dəniz ticarət marşrutları boyunca strateji yerləşməsini qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, İndoneziya hökuməti bəzi hallarda vergi güzəştləri təqdim edərək və tənzimləyici prosedurları sadələşdirərək infrastruktura, "yaşıl enerji"yə və rəqəmsal texnologiyalara xarici investisiyaların cəlb edilməsini stimullaşdırır.

Mənbə: report.az

Xəbər lenti