IMG-LOGO

Kaliforniyada helikopter qəzasında iki nəfər həlak olub

24 Nov 2026 08:37 5 baxış
IMG

ABŞ-nin Kaliforniya ştatının Temekula şəhərində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report" "Los Angeles Times"a istinadən xəbər verir ki, "Robinson R22" helikopteri dağın yamacında qəzaya uğrayıb.

Riversayd Dairəsi Şerif İdarəsinin məlumatına görə, göyərtədəki hər iki şəxs hadisə yerindəcə həlak olub, onların şəxsiyyəti hələlik müəyyən edilməyib.

Dairə Hava Limanları Administrasiyasının nümayəndəsi Ancela Ceymison təsdiqləyib ki, helikopter Riversayd dairəsinin cənub-qərbində yerləşən Frenç-Velli hava limanından havaya qalxıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Mənbə: report.az

Xəbər lenti