Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi qəbul edilib.
"Report" xəbər verir ki, sənəd bundan əvvəl parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1RSC Limited" şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.
Mənbə: report.az