Hesablama Palatası vətəndaşların müraciətləri əsasında auditləri risk və resurs qiymətləndirməsi əsasında həyata keçirir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə "Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu" mövzusunda keçirilən təlim zamanı bildirib.
O, qeyd edib ki, auditlərdə müxtəlif risk meyarları nəzərə alınır: "Bunlara icra olunan vəsaitin məbləği, əvvəlki illərdə auditin olub-olmaması, auditlər üzrə təkliflərin icra faizi, vətəndaş şikayətləri və s. daxildir. Biz subyektiv fikirlə audit həyata keçirmirik".