BMT-nin Statistika Komissiyasının qəbul etdiyi Milli Hesablar Sisteminin son versiyası (MHS–2025) Azərbaycanda da tətbiq ediləcək.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, işlərin 2026-2030-cu illəri əhatə edəcəyi planlaşdırılır. İşlərin əsas icrası Dövlət Statistika Komitəsi, digər icraçıları isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi olacaq.
Aiddiyyəti qurumlar beynəlxalq təcrübə öyrənilməklə MHS–2025-in Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət planı hazırlayacaqlar.