Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 1 milyard 58,9 milyon manat xalis mənfəət əldə edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
11 ay ərzində bankların əməliyyat gəlirləri 6 milyard 223,5 milyon manat (1 il əvvələ nisbətən 22 % çox), əməliyyat xərcləri 4 milyard 521,7 milyon manat (27,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 377,1 milyon manat (2 % çox), gözlənilməz xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 265,5 milyon manat (14,3 % çox) təşkil edib.