IMG-LOGO

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

25 Dec 2025 10:57 4 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 37 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 13-də, saat 15:00-də qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 13 min manat ödənilib.

Xəbər lenti