IMG-LOGO

Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb

25 Dec 2025 07:21 6 baxış
IMG

Bu il Azərbaycanda inflyasiyaya bir sıra təklif və tələb amilləri təsir edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub. Belə ki, qiymətləndirmələrə görə, ötən ay ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2,87 faiz bəndi, nominal effektiv məzənnə isə 0,38 faiz bəndi artırıcı təsir edib. Dövr ərzində daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olub.

AMB-nin proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.

Xəbər lenti