IMG-LOGO

"MJ Financial Services" BOKT-un səhmləri üzrə hərracın tarixi açıqlanıb

24 Dec 2025 19:23 3 baxış
IMG

Dekabrın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) 4 800 160 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı dekabrın 26-da olacaq.

Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, BOKT-un nizamnamə kapitalı 17 dəfə artıraraq 300 010 manatdan 5 100 170 manata çatacaq.

Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).

Xəbər lenti