IMG-LOGO

Bakı-Sumqayıt yolunda avtobus yandı

24 Dec 2025 14:14 3 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Avtobus yandı Sarayda yanğın

Xəbər lenti