IMG-LOGO

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Nov 2026 19:27 4 baxış
IMG

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib.

Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti