IMG-LOGO

Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib

27 Nov 2026 19:39 4 baxış
IMG

Ukrayna Müdafiə Qüvvələri noyabrın 27-nə keçən gecə Rusiyanın Tula vilayətindəki Yefremov sintetik kauçuk zavoduna zərbə endirib.

"Report" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, zərbə Rusiyada fəaliyyət göstərən "Çornaya İskra" hərəkatı ilə koordinasiyalı şəkildə endirilib.

Ukrayna tərəfinin məlumatına görə, müəssisə "İskander" ballistik raketləri üçün bərk yanacaq istehsalına cəlb olunub.

Dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Mənbə: report.az

Xəbər lenti