"Şəfa" Misli Premyer Liqasının XIII turunun açılış oyununda qələbə qazanıb.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi səfərdə "İmişli"ni məğlub edib.
Yevlax şəhər stadionundakı qarşılaşma 3:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində 14 və 29-cu dəqiqələrdə Elnur Cəfərov, 55-ci dəqiqədə Musa Quel fərqləniblər. Meydan sahiblərindən 41-ci dəqiqədə Ronaldo de Souza adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran "Şəfa" 11-ci pillədə qərarlaşıb. "İmişli" 12 xalla 8-ci yerdədir.
Günün ikinci görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XIII tura noyabrın 29-da yekun vurulacaq.
Mənbə: report.az