IMG-LOGO

Overçuk: İran "MDB plyus" əməkdaşlıq formatında iştiraka maraq göstərir

27 Nov 2026 15:45 11 baxış
IMG

İran "MDB plyus" əməkdaşlıq formatında iştiraka maraq göstərir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk MDB İqtisadi Şurasının iclasından sonra bildirib.

"Biz qonşu ölkələrin Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinə göstərdiyi artan maraqla bağlı dar tərkibdə fikir mübadiləsi apardıq. Xüsusilə, İran İslam Respublikası tərəfindən olan marağı qeyd etdik. Bildiyiniz kimi, hazırda yeni "MDB plyus" formatının yaranması gözlənilir. Biz bu formatı ən yaxın qonşularımız olan ölkələr üçün cəlbediciliyi artıran məzmunla necə zənginləşdirmək barədə fikir mübadiləsi apardıq", - Overçuk deyib.

MDB-nin Baş katibi Sergey Lebedev jurnalistlərə bildirib ki, İranın "MDB plyus" formatına qoşulması ilə bağlı qərarın yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılır.

Mənbə: report.az

Xəbər lenti