IMG-LOGO

Bastoni zədə səbəbindən 1 aya yaxın komandasına kömək edə bilməyəcək

27 Nov 2026 19:53 4 baxış
IMG

İtaliya təmsilçisi "İnter"in müdafiəçisi Alessandro Bastoni zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu sol ayaq əzələsindən zədə alıb. Bastoninin bərpası təxminən üç həftə çəkəcək.

İtaliyalı oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Ştutqart"a qarşı keçirilən matçda zədələnib. O, görüşün 41-ci dəqiqəsində əvəzlənməsini istəyərək meydanı tərk edib.

"İnter"in baş məşqçisi Kristian Kivu müdafiəçinin dekabrın 18-də A Seriyasında "Leççe"yə qarşı keçiriləcək oyuna və ya dekabrın 22-də "Latsio" ilə İtaliya Superkuboku matçına qədər sıraya dönəcəyinə ümid edir.

Qeyd edək ki, Bastoni cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib və 1 qol vurub.

Mənbə: report.az

Xəbər lenti