IMG-LOGO

Sabah Şahbuzda işıq kəsiləcək

27 Nov 2026 16:38 10 baxış
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Report"un yerli bürosuna verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Mənbə: report.az

Xəbər lenti