IMG-LOGO

Naxçıvanda 11 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi 1,5 milyon manatdan çox gəlir gətirib

23 Dec 2025 09:56 3 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən yerli büdcəyə 1 milyon 533 min manat vəsait daxil olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, 11 ay ərzində muxtar respublikada 86 dövlət əmlakı özəlləşdirilib, bundan büdcəyə daxilolmalar 1 milyon 211 min manat təşkil edib ki, bunun da 908 min manatı yerli büdcəyə ödənilib.

Bundan başqa, hesabat dövründə 242 yeni icarə müqaviləsi bağlanıb, 194 müqavilənin müddəti uzadılıb. Bundan isə yerli büdcəyə 625 min manat ödənilib.

Xəbər lenti