IMG-LOGO

Azərbaycandan Gürcüstana pul köçürmələri 45 %-dən çox azalıb

20 Dec 2025 17:55 4 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 19 milyon 780 min ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 45,1 % azdır.

Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 8,8 %-dən 5,5 %-ə düşüb.

9 ay ərzində Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 30 milyon 481 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 3,1 %-dən 3,6 %-a çatıb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.

Xəbər lenti