IMG-LOGO

"Air Serbia" Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb

19 Dec 2025 00:50 4 baxış
IMG

Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, "Air Serbia" gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək.

Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə (İspaniya), dekabrın 14-dən isə Tromsoya (Norveç) uçuşlar həyata keçiriləcək.

Noyabrın sonunda "Air Serbia" şirkətinin baş direktoru İrji Marek Serbiya Radio Televiziyasına (RTS) bildirib ki, Belqraddan Bakıya birbaşa aviareyslərin açılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar yekun mərhələdədir.

Xəbər lenti