IMG-LOGO

EDB sədri: "Hazırda 4 milyard dollarlıq layihələr razılaşdırma mərhələsindədir"

18 Dec 2025 12:49 3 baxış
IMG

2025-ci ildə Avrasiya İnkişaf Bankı (EDB) 21 layihənin maliyyələşdirilməsi ilə bağlı kredit sazişləri imzalayıb.

"Report"un Almatıya ezam olunmuş müxbiri bildirir ki, bunu EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov bankın 2025-ci ildəki yekun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, investisiyaların illik məbləği 2,6 milyard ABŞ dolları təşkil edib.

"Hazırda 4 milyard ABŞ dolları dəyərində 27 layihə razılaşdırma mərhələsindədir", - sədr qeyd edib.

N.Podquzov vurğulayıb ki, 11 ay ərzində bankın xalis mənfəəti 130 milyon dolları ötüb.

Xəbər lenti