Avrasiya İnkişaf Bankı (EDB) İslam maliyyəsi məhsullarını inkişaf etdirməyi planlaşdırır.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov bankın 2025-ci il üçün yekun mətbuat konfransında bildirib.
N.Podquzov xatırladıb ki, bank daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlik açıb.
"Nümayəndəliyin açılması GCC (Körfəz Əməkdaşlıq Şurası) ölkələrinin, Asiya və Afrikanın kapital bazarlarına strateji çıxışının təmin edilməsinə, Fars körfəzi regionundan ildə 500 milyon ABŞ dollarına qədər axın hədəflənərək maliyyələşdirmə mənbələrinin şaxələndirilməsinə, islam maliyyə məhsullarını inkişaf etdirilməsinə şərait yaradacaq. Bundan əlavə, bu, bankın müştərilərinə və tərəfdaşlarına ixtisaslaşmış dəstəyin təmin edilməsinə, tənzimləyicilər, dövlət qurumları və investorlarla münasibətləri möhkəmləndirmək üçün birbaşa qarşılıqlı əlaqə kanalı yaradılmasına, həmçinin EDB brendinin tanınmasının artırılmasına və onun qlobal maliyyə icmasındakı mövqeyini möhkəmləndirməyə imkan verəcək", - İdarə heyətinin sədri vurğulayıb.