IMG-LOGO

"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

17 Dec 2025 14:48 4 baxış
IMG

Yanvarın 29-da, saat 17:00-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Xəbər lenti