Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC 12 minik avtomobilinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Xalq Sığorta" ASC-dir.
Qalib şirkətə 5 166 manat ödəniləcək.
Ötən il də bu tenderin qalibi "Xalq Sığorta" olub. Şirkətə 4 760 manat ödənilib.