Hazırda "Bakı Fond Birjası" QSC-də (BFB) ümumilikdə 33 səhm və 30 istiqraz listinqdədir.
"Report" xəbər verir ki, bunu BFB-nin Ticarət və Dəstək bölməsinin rəhbəri Fərid Abbaszadə bildirib.
Onun sözlərinə görə, Birjada ticarət olunan qiyməti kağızlar ölkə iqtisadiyyatının həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarını, eləcə də həm maliyyə, həm də qeyri-maliyyə sektorlarını əhatə edir: "Ölkənin ən böyük şirkətlərinin, o cümlədən ən böyük bankların səhm və istiqrazları listinqə qəbul edilib. Məqsədimiz kiçik şirkətləri də bu istiqamətdə maarifləndirilib, fond bazarına çıxarmaqdır".