IMG-LOGO

Naxçıvanda indiyə qədər 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

15 Dec 2025 15:02 6 baxış
IMG

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 3,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, təkcə bu ilin yanvar-noyabr aylarında istehlakçılara qaytarılan məbləğ isə ötən ilin eyni dövrünə nisbətən 25,3 % artaraq 1,6 milyon manat olub.

Xəbər lenti