IMG-LOGO

EBRD Azərbaycandakı layihələrə təxminən 3,7 milyard dollar investisiya yatırıb

13.12.2025 15:44 3 baxış
IMG

Bu il oktyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 925 milyon avro qiymətləndirilir.

"Report" EBRD-ə istinadən xəbər verir ki, bunun 39 %-i özəl sektorun payına düşür.

Hazırda 34 layihə aktivdir. Bank yalnız 2025-ci ildə 8 layihənin maliyyələşdirilməsinə 69 milyon ABŞ dolları ayırıb.

Sentyabrın 30-na olan göstərici ilə müqayisədə, portfelin dəyəri 2,43 % və ya 23 milyon avro azalıb.

EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi - 91 % və ya 840 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 % və ya 57 milyon avrosu maliyyə institutlarına, 3 % və ya 28 milyon avrosu isə korporativ sektora yönləndirilib.

Ümumilikdə EBRD Azərbaycanda 199 layihənin həyata keçirilməsinə 3,694 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri oktyabrın 31-nə 700 milyon avro təşkil edib. Bu, sentyabrın 30-u ilə müqayisədə 0,43 % və ya 3 milyon avro azdır.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % və ya 43 milyon avro çoxdur.

Xəbər lenti