Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) kollektivi 12 dekabr – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, dahi dövlət xadiminin xatirəsi dərin ehtiramla yad edilib.

