Bu ilin yanvar–oktyabr aylarında Qarabağ iqtisadi rayonuna turizm məqsədilə səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşmə vasitələri üzrə gecələmə sayı 73 404 nəfər olub.
"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
10 ay ərzində Qarabağda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 3 671 nəfər gecələyib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 51,7 % artım deməkdir.
Qohumların və yaxud dostların evində 33 609 nəfər gecələyib ki, bu da illik müqayisədə 18,7 % azdır.
Özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə isə 36 124 nəfər qalıb. Bu isə 1 il əvvələ nisbətən 4,6 % azdır.
O cümlədən Xankəndidə 51 nəfər gecələyib, onların hamısı mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb.
Ağcabədi rayonunda 8 431 nəfər gecələyib ki, bu da ötən illə müqayisədə 6,5 % azdır. Onlardan 466 nəfəri (+16,2 %) hotellərdə, 4 477 nəfəri (-13,5 %) qohumların və yaxud dostların evində, 3 488 nəfəri isə (+1,4 %) özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb.
Hesabat dövründə Ağdam rayonunda 33 879 nəfər gecələyib (-10 % ). Onlardan 14 079 nəfəri (-23,8 %) qohumların və yaxud dostların evində, 19 800 nəfəri isə (+3,2 %) özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələyib.
Bərdə rayonunda 14 852 nəfər gecələyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır. Onlardan 21 nəfər (7,2 dəfə azalıb) hotellərdə, 7 514 nəfər (-18,5 % ) qohumların və ya dostların evində, 7 317 nəfər isə (-8,8 %) özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə qalıb.
Bu ilin 10 ayında Füzuli rayonunda 8 866 nəfər gecələyib ki, bu da 6 % artım deməkdir. Onlardan 5 060 nəfəri (-11,8 %) qohumların və ya dostların evində, 3 806 nəfəri isə (+45,4 %) özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələyib.
Şuşa rayonunda 3 133 nəfər gecələyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artım deməkdir. Gecələyənlərin hamısı hotellərdə qalıb.
Bundan əlavə, hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda 85 nəfər gecələyib. Onların hamısı Laçın rayonunda yerləşən hotellərdə qalıb.
Qeyd edək ki, ölkə üzrə 10 ay ərzində 7 milyon 287 min 393 nəfər gecələyib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % artıb.