Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 116 milyard 320,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çox ümumi daxili məhsul istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.
ÜDM istehsalının 34 %-i sənaye, 10,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i tikinti, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 11 356 manat olub.