IMG-LOGO

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

10.12.2025 15:00 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.

"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.

Qərar sabahdan qüvvəyə minir.

Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.

Xəbər lenti