IMG-LOGO

Polis “Habertürk”ün baş redaktorunu saxladı

09 Dec 2025 23:20 43 baxış
IMG
Polis “Habertürk”ün baş redaktorunu saxladı 0 0

Türkiyənin “Habertürk” televiziyasının baş redaktoru, aparıcı Mehmet Akif Ersoy narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə aparılan əməliyyat çərçivəsində şou-biznes və media nümayəndələrinin də adının hallandığı istintaq genişləndirilib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində jurnalistlər Meltem Acet, Ela Rümeysa Cebeci və Hande Sarıoğlu da saxlanılmışdı.

Onlar prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdılar.

 

Habertürk

Xəbər lenti