Rusiyanın Kurqan şəhərində yerləşən “Versal” restoran-hotel kompleksi satışa çıxarılıb.
Lent.az xəbər verir ki, obyektin sahibi hazır biznesi 265 milyon rubla (təxminən 5 milyon 596 min 270 manat) satmaq istəyir.
Məlumata görə, kompleks Kurqan şəhərinin Qoqol küçəsi, 98a ünvanında yerləşir. Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.
2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.
Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.
Hadisələr sosial xəbərlər restoran hotel Rusiya AzərbaycanMənbə: lent.az