IMG-LOGO

Qubada avtomobil dərəyə aşdı, bir nəfər öldü, iki nəfər xəsarət aldı

10 Nov 2026 08:51 2 baxış
IMG
1 0

 

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

“Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

quba qəza

Mənbə: lent.az

Xəbər lenti