IMG-LOGO

Səudiyyə Ərəbistanı koalisiyası Ər-Riyada atılan ballistik və qanadlı raketləri zərərsizləşdirib

10 Nov 2026 07:52 2 baxış
IMG

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəməndəki husilərin "Ənsar Allah" hərəkatı tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik və qanadlı raketləri ələ keçirərək məhv edib.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

"Hava hücumundan müdafiə qüvvələri terrorçu husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik və qanadlı raketləri ələ keçirərək məhv edib", – o bildirib.

Daha əvvəl Türki əl-Maliki krallığın cənubunda daha bir ballistik raketin ələ keçirildiyini açıqlamışdı.

Mənbə: report.az

Xəbər lenti