IMG-LOGO

NASA insanların Aya qayıdacağı tarixi açıqladı - YENİ PLAN

10 Nov 2026 08:16 2 baxış
IMG
0 0  

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) astronavtların 2028-ci ildə yenidən Ay səthinə enməsi üçün nəzərdə tutulan planın yeni detallarını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” NASA-nın məlumatlarına istinadən xəbər yayıb.

Agentliyin yenilənmiş “Artemis” proqramına əsasən, 2027-ci ildə “Artemis III” missiyası çərçivəsində Yer orbitində xüsusi sınaqlar keçiriləcək. Dörd astronavtdan ibarət heyət “Orion” kosmik gəmisində iki fərqli Ay eniş aparatının imkanlarını yoxlayacaq.

Sınaqlarda “SpaceX” və “Blue Origin” şirkətlərinin hazırladığı sistemlərdən istifadə olunacaq. Məqsəd astronavtların kosmik gəmilər arasında keçidi, birləşmə əməliyyatları və digər texniki proseslərin təhlükəsizliyini qiymətləndirməkdir.

NASA-nın planına görə, astronavtların Ay səthinə enməsi “Artemis IV” missiyası çərçivəsində 2028-ci ildə həyata keçirilməlidir. Tarix hələ planlaşdırılan hədəfdir və texniki hazırlıqlardan asılı olaraq dəyişə bilər.

 

 

NASA Ay Artemis SpaceX Blue Origin astronavtlar kosmos

Mənbə: lent.az

Xəbər lenti