IMG-LOGO

Malayziyada sel nəticəsində 8 nəfər itkin düşüb

10 Nov 2026 08:29 4 baxış
IMG

Malayziyanın Selanqor ştatında, Sunqay-Pertak çayı yaxınlığındakı istirahət zonasında qəfil baş verən sel nəticəsində 8 nəfər itkin düşüb, daha 19 nəfər isə suyun əhatəsində qalıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Selanqor Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, çərşənbə axşamı səhər saatlarına qədər xilasedicilər 19 nəfəri təxliyə edə biliblər. Güclü su axınının apardığı 8 nəfərin axtarışları davam edir.

Sel bir neçə ərazini, o cümlədən Sunqay-Pertak, Lata-Cerlus, Kem-Luit və Qununq-Raca dağını əhatə edib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mənbə: report.az

Xəbər lenti