Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsi, onların tətbiqinin məqsədəuyğunluğunun müəyyən olunmasıdır. Bu çərçivədə effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması, eyni zamanda prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü əsaslarla tətbiqinin davam etdirilməsi nəzərdə tutulur.