IMG-LOGO

İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib

10 Nov 2026 02:40 6 baxış
IMG

İran ABŞ-ı saxta danışıqlar xəbərləri yaymaqda ittiham edib və Tehranın yeddi şərtini qəbul etməyə çağırıb.

"Report" xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

"Mövcud olmayan danışıqlar barədə saxta xəbərlər yaymağa son qoyun. Qərbi Asiyada yeni nizamı inkar etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır", - deyə o əlavə edib.

Mənbə: report.az

Xəbər lenti