Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar xəttinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.
Dalğıc axtarış xilas etmə əməkdaşları hadisə yerinə cəlb edilib.
İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunub.
Mənbə: lent.az