IMG-LOGO

AMB ödəniş təşkilatını cərimələyib

08 Apr 2026 11:31 6 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 04.06.2025 – 18.07.2025-ci il tarixlərində "Modenis"də həyata keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Bununla bağlı şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.

Xəbər lenti