IMG-LOGO

Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı

06 Dec 2025 05:52 29 baxış
IMG
Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı 0 0

Hindistanlı Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil olan ən azyaşlı şahmatçı olub.

Lent.az "ETV Bharat"a istinadən xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə həmyerlisi Anişa Sarkarın rekordunu (3 yaş 8 ay 19 gün) yeniləyib.

"Biz Sarvaqyanın nailiyyətinə sevinirik, onunla qürur duyuruq. Düşünürük ki, onun şahmatda parlaq gələcəyi var. Oğlumun qrossmeyster olmasını istəyirik", - deyə uşağın atası bildirib.

Sarvaqya Sinqh Kuşvaha

Xəbər lenti