IMG-LOGO

Frenk Geri 97 yaşında vəfat etdi

06 Dec 2025 01:10 32 baxış
IMG
Frenk Geri 97 yaşında vəfat etdi 0 0

Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib. Lent.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində ölüb. Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.

Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılır və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunur. O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.

Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.

Frenk Geri

Xəbər lenti