IMG-LOGO

Fransada terror aktı törətmək istəyən yeniyetmələr həbs olundu

02.12.2025 01:13 2 baxış
IMG

Fransada İsrail ilə əlaqəli obyektlərə terror hücumları hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs olunub. Lent.az xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları şübhəliləri noyabrın 26-da yaxalayıb.

Dekabrın 1-də hər iki şəxsin barəsində rəsmi ittiham irəli sürülüb və məhkəmə qərarı ilə onlar həbs olunublar.

Xəbər lenti