Fransanın sabiq prezidenti Fransua Ollandın Parisdəki mənzili qarət olunub. Lent.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Hadisə noyabrın 22-də baş verib və iki nəfər saxlanılıb.
Bildirilir ki, qarət zamanı oğurlanan əşyalar arasında sabiq prezidentə məxsus saat da olub. Həmin saat tapılaraq Ollanda qaytarılıb.