IMG-LOGO

"Nitsa"nın azarkeşləri komandalarının futbolçularını döydülər

02.12.2025 03:38 2 baxış
IMG

Fransanın "Nitsa" futbol klubunun azarkeşləri komandanın yarımmüdafiəçisi Jeremi Boqanı və hücumçu Teremas Moffini döyüblər.

Lent.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, insident Fransa Liqa 1-in 14-cü turunda "Loryan" ilə matçdan sonra baş verib.

Məlumata görə, "Nitsa" futbolçuları ardıcıl səfər görüşlərindən sonra komandanın bazasına yollanıblar.

Orada onları 400 fanat gözləyib. Klubun nəticələrindən hiddətlənən azarkeşlər baş məşqçi Frank Ezi istefaya çağırıblar. Bundan sonra fanatlar oyunçuları döyməyə başlayıblar.

Xəbər lenti