IMG-LOGO

Luvr Avropadan kənar turistlər üçün biletlərin qiymətini artırır

28.11.2025 03:26 6 baxış
IMG

Paris Luvr Muzeyi Avropa İqtisadi Zonası ölkələrindən olmayan turistlər üçün giriş biletlərinin qiymətini 45% artıracaq. Lent.az xəbər verir ki, bu barədə məlumatı AFP muzey administrasiyasına istinadən yayıb.

Yeni tariflərə görə, Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin (Aİ, İslandiya, Lixtenşteyn və Norveç istisna olmaqla) vətəndaşları üçün biletin qiyməti 32 avro olacaq.

Qiymət artımı 14 yanvar 2026-cı ildən etibarən qüvvəyə minəcək. Məsələ Fransa hökuməti tərəfindən təsdiqlənib.

Xəbər lenti