IMG-LOGO

Keçmiş prezident 14 il azadlıqdan məhrum edildi

26.11.2025 23:20 2 baxış
IMG

Peru məhkəməsi sabiq prezident Martin Viskarranı korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Viskarra bir maddə üzrə səkkiz, digər maddə üzrə isə altı il həbs cəzası alıb.

"Bütün cinayətlərə görə ümumi cəza 14 ildir. Cəza real olmalı və dərhal icra edilməlidir", - hakim bildirib.

Viskarra günahını inkar edərək hökmünü ədalət qarşısında rüsvayçılıq adlandırıb.

Xəbər lenti