IMG-LOGO

Türkiyə Yunanıstana nota verdi

14.11.2025 00:13 3 baxış
IMG

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.

Lent.az xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.

Xəbər lenti